19/11/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının iclasında Samin Telman oğlu Məlikin “Gecikməsi olan bəzi sistemlərdə optimallıq üçün zəruri şərtlər” mövzusunda 1214.01–Dinamik sistemlər və optimal idarəetmə ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 11 işdə öz əksini tapıb.
Dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.