Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutu “Elm və ali təhsilin beynəlmiləlləşməsi” sahəsində faəliyyəti ilə fərqləndiyinə görə təltif olunub


Dekabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ritz-Carlton hotelində “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova çıxış edərək elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və önəmini vurğulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında ölkə universitetlərinin beynəlxalq reytinqinin yüksəlməsi, universitetlərdə tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili və digər məsələlərə toxunub.Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanda xarici tələbələrin təhsil almasının ölkələrarası ictimai diplomatiya aləti kimi önəmini vurğulayıb.

Tədbir bir neçə mövzu üzrə panel sessiyalarla davam edib.

Sonda təltifetmə mərasimi olub. Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutuna “Elm və ali təhsilin beynəlmiləlləşməsi” sahəsində faəliyyəti ilə fərqləndiyinə görə təşəkkürnamə verilib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və 2024-cü ildə “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” sahəsində fəaliyyətləri ilə fərqləndiyinə görə təltif edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər