Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin 2024-cü ildə sonuncu sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2024-cü ilin dekabr ayında sonuncu sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Yeni tarixi dövrün qüdrətli yaradıcısı” adlı məqalə yer alıb.

Bugünkü sayda, akademik İsa Həbibbəylinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA-nın müxbir üzvü Musa Qasımlının “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003-2024) kitabının və Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, eləcə də Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının birgə təşkilatçılığı ilə Şah İsmayıl Səfəvinin vəfatının 500 illiyinə həsr olunan iki cilddən ibarət “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqadimat mərasimləri və AMEA-nın Rəyasət Heyətinin iclasına dair yazılar təqdim edilib.

“Elm” qəzetinin 27 dekabr nömrəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə Naxçıvanda Akademik Zərifə Əliyeva adına biotibbi araşdırmalar mərkəzinin açılışı, “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi və digər tədbirlər haqqında informasiyalar dərc edilib.

Bundan başqa, qəzetin bugünkü buraxılışında AMEA Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı, Yer Elmləri Bölməsinin iclası, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Milli birlikdən qlobal uğurların zirvəsinə” başlıqlı, eləcə də “Türk və İslam dünyasının elmi-mədəni irsini qoruyan və yaşadan kitabxanalar” adlı məqalələr təqdim olunub.

Qəzetin rus və ingilis dili bölməsində AMEA prezidenti akademik İsa Həbibbəylinin “Создатель новой исторической эпохи” adlı məqaləsi, “Путь, равный векy” başlıqlı icmal və “Elm” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru, Beynəlxalq Elmi Şuranın ilk katibi olmuş professor Alik İsmayılzadə ilə müsahibəsi və digər xəbərlər yer alıb.

science.gov.az

Faydalı linklər