24/02/2025
26 fevral 2025-ci il tarixində saat 10-00-da Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Qeyri- harmonik analiz şöbəsi”nin müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bilal Bilalov “Hardi siniflərinin təyini üçün bir metod haqqında” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Məruzədə X-qiymətli Hardi siniflərinin təyini üçün ənənəvi yanaşmadan fərqli bir yanaşma üsulu təklif olunacaqdır. Bununla bağlı harmonik analiz və bazislər nəzəriyyəsinin bəzi aidiyyatlı sualları haqqında məlumatlar veriləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.