30/04/2025
01.05.2025-ci il tarixində saat 10:30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin doktorantı Nərminə Qubatova “Bir ucu sərbəst olan variasiya məsələlərində ekstremum üçün ikinci tərtib zəruri və kafi şərtlər” mövzusunda məruzə edəcəkdir.
Məruzədə zəif lokal ekstremum üçün zəruri şərtlərin və güclü lokal ekstremum üçün kafi şərtlərin alınması və həmçinin kvadratik funksional olan hal şərh olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.