Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Çində elektrik enerjisinin birbaşa ötürülməsi layihəsinə başlanılıb


Çinin Sincan-Uyğur Muxtar bölgəsində yerləşən Hami şəhərindən Çuntsinə ±800 kV ultra yüksəkgərginlikli birbaşa cərəyan ötürülməsi layihəsinə başlanılıb. Bu barədə  Sinxua agentliyi məlumat verib.

2260 kilometr uzunluğunda olan elektrik xəttinin gücü 14,2 milyon kVt təşkil edir. Onun təxminən 70 faizi, yəni 10,2 milyon kVt-ı külək və günəş enerjisi hesabına təmin olunur. Yeni xəttin hər il 36 milyard kVt/saatdan çox elektrik enerjisi verərək Çuntsin  şəhərinin enerji təchizatını xeyli artıracağı gözlənilir. Bu isə həm Sincan, həm də Çuntsinin iqtisadi inkişafını gücləndirəcək, insanların güzəranının yaxşılaşmasına kömək edəcək. Qeyd edək ki, hazırda Çin Milli Şəbəkə Korporasiyası dünyanın ən böyük ultra yüksəkgərginlikli elektrik ötürücü şəbəkəsini idarə edir, etibarlı elektrik enerjisi  təchizatının təmin olunmasına, yaşıl və aşağı karbonlu hədəfin reallaşmasına güclü dəstək verir.

respublika-news.az

Faydalı linklər