23/06/2025
Çinin şimal-qərbində Sincan-Uyğur Muxtar bölgəsində dünyanın ən böyük tam idarə oluna bilinən radioteleskopunun inşasına başlanılıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Radioteleskop Changji Hui Muxtar prefekturasında yerləşir. Yüksək həssaslığa malik olan qurğunun aperturası (obyektivin işıq keçiriciliyini tənzimləyən dairəvi pərdəciklərdən ibarət olan qurğu) 110 metr təşkil edir. 35 mərtəbəli bina hündürlüyündə olan teleskopun konstruksiya sisteminin sahəsi təxminən 23 basketbol meydançası böyüklüyündədir, antennalarının çəkisi isə 6 min tondan çoxdur. Tam idarə olunan yeni qurğu eyni ölçülü stasionar radio teleskoplarla müqayisədə səmanın daha böyük hissəsini müşahidə edə biləcək. Gələcəkdə bir çox sahələr üzrə multidissiplinar tədqiqatların aparılmasında istifadə olunacaq qurğu astranomiya elminin inkişafına təkan verəcək. Radioteleskopun 2028-ci ilə kimi tamamlanıb istifadəyə verilməsi gözlənilir.