Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İntellektual tədqiqat gəmisi suya buraxıldı


Çinli alimlər okeanologiyada inqilab edəcək yeniliyə imza atıblar. Belə ki,  Çinin Dövlət Gəmiqayırma Korporasiyası Şanxayda ölkənin ilk intellektual pilotsuz okeanoqrafik tədqiqat gəmisi – “Tuntszi”ni istifadəyə verib.

Adını Tuntszi Universitetindən alan gəmi tamamilə yerli şirkətlər tərəfindən layihələndirilib və inşa edilib. Ekoloji cəhətdən təmiz, səssiz və intellektual gəmi elmi-tədqiqat üçün hazırlanmış nəqliyyat vasitəsinin yeni nəslini təmsil edir. O  sahildən idarə oluna bilir, açıq sularda avtonom naviqasiyaya və enerji səmərəliliyini tənzimləyən ağıllı sistemə malikdir. Buzlu zonalar istisna olmaqla, dünya okeanının istənilən bölgəsində hərəkət edə bilən gəminin uzunluğu 81.5, eni 15, sualtı dərinliyi 6.9 metr, çəkisi isə 2 000 tondur . Gəmi 45 nəfəri daşıya və 27 kilometr/saatadək sürət yığa bilir. Avtonom üzmə məsafəsi 80 min dəniz milinə, fasiləsiz fəaliyyət müddəti isə 35 günə çatır. Yeni gəmi elmi və mühəndislik araşdırmaları, eləcə də Tuntszi Universitetinin tələbələri üçün təcrübə proqramlarında istifadə ediləcək.

respublika-news.az

Faydalı linklər