Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Vilyam Roven Hamilton – Riyaziyyat və Fizikada Dərin İrslər


Vilyam Roven Hamilton (ing.Uilyam Rouan Hamilton) İrlandiyalı riyaziyyatçı, fizik və astronom olmuşdur. O, xüsusilə kvaternionların ixtirası ilə tanınır. Onun əsərləri klassik mexanika, optika, və riyazi analiz sahələrində dərin iz buraxmışdır. Hamiltonun işləri riyaziyyatın strukturunu dəyişdirmiş və müasir fizikaya – xüsusilə kvant mexanikasına – nəzəri baza təmin etmişdir.

Hamilton 4 avqust 1805 – 2 sentyabr 1805-ci ildə Dublin şəhərində doğulmuşdur. Erkən yaşlarından qeyri-adi intellektual bacarıqlara malik idi. Hələ uşaq ikən bir neçə dili (latınca, yunan, yəhudi, ərəb, sanskrit, fars, İtalyan və digər dillər daxil olmaqla) mükəmməl öyrənmişdi. Onun riyaziyyata marağı daha sonra inkişaf etdi və bu sahədəki istedadı qısa zamanda diqqət çəkdi.

1823-cü ildə Trinity College, Dublin-ə daxil olan Hamilton, burada həm klassik dillər, həm də riyaziyyat üzrə təhsil aldı və daha tələbə ikən öz elmi nailiyyətləri ilə tanındı.

Hamiltonun ilk böyük elmi işi optika sahəsinə aid idi. O, işığın trayektoriyasını variasiya prinsipinə əsasən izah edən nəzəriyyə təklif etdi. Bu, Fermat prinsipinə riyazi yanaşmanı əhatə edirdi və nəticə etibarilə, Hamilton optikada dalğa və şüa nəzəriyyələrinin əlaqələndirilməsində mühüm rol oynadı.

Onun optikaya dair əsas əsərlərindən biri “Theory of Systems of Rays” adlanır. Bu əsərdə o, “characteristic function” anlayışını təqdim etmişdir.

Hamiltonun ən böyük töhfələrindən biri klassik mexanikaya verdiyi Hamilton mexanikası adlı riyazi çərçivədir. Bu sistemdə hərəkət tənlikləri Hamilton funksiyası (H) üzərindən ifadə olunur:

Hamiltonun ən məşhur və innovativ ixtirası kvaternionlar olmuşdur. Kvaternionlar üçölçülü vektorları fırlatmaq və manipulyasiya etmək üçün yeni riyazi obyektlərdir. 1843-cü ildə Hamilton bu ixtiranı Dublin şəhərindəki Brougham körpüsündə gəzərkən kəşf etmiş və formulu körpünün daşına həkk etmişdi.

Kvaternionlar 19-cu əsrdə geniş tətbiq sahəsi tapmasa da, 20-ci əsrdə – xüsusilə kompüter qrafikası, robototexnika, naviqasiya sistemləri və 3D modelləşdirmə kimi sahələrdə əhəmiyyətli rol oynamağa başladı.

Hamilton, 22 yaşında Trinity College-də astronomiya üzrə Andrews professoru təyin edildi. Bu vəzifəyə görə Dublin Rəsədxanasının direktoru vəzifəsini də icra edirdi. Onun elmi fəaliyyəti dövründə Kral Cəmiyyətinin mükafatları, Royal Astronomical Society və digər beynəlxalq təşkilatlardan mükafat və təltiflər almışdır.

Hamiltonun irsi riyaziyyat və fizikanın bir çox sahələrində hiss olunur. Xüsusilə: analitik mexanika sahəsində verdiyi töhfələr müasir fizikada təməl rol oynayır,kvant mexanikasında Hamiltonian operator anlayışı əsas anlayışlardan biridir,diferensial həndəsə, topologiyariyazi fizika sahələrində onun nəzəriyyələri təməl strukturlar yaradıb. Kvaternionlar bugün 3D kompüter animasiyası, aviasiya, mühəndislik, hətta mobil texnologiyalar sahəsində geniş tətbiq olunur.

Vilyam Roven Hamilton öz dövrünü qabaqlayan və riyaziyyatın sərhədlərini genişləndirən nadir alimlərdən biri olmuşdur. Onun nəzəri ixtiraları yalnız akademik dairələrdə deyil, praktiki texnologiyada da öz təsirini davam etdirir. Hamiltonun əsərləri riyaziyyatın estetik və funksional gücünü bir araya gətirən nadir nümunələrdəndir.

www.britannica.com

Faydalı linklər