Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək


24–25 sentyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi və “Times Higher Education” beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək.

“Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammitdə 50-dən artıq beynəlxalq spikerin, 150-yə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.

Sammit çərçivəsində qlobal tədqiqatın təsiri, Dayanıqlı İnkişaf Məqsədləri və qitələrarası əməkdaşlıq imkanları müzakirə olunacaq.

eatda.edu.az

Faydalı linklər