27/08/2025
Hörmətli həmkarlar!
Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Baş İdarəsi (YTB) tərəfindən həyata keçirilən “Dövlət qulluqçusu və akademik heyət üçün türk dilində ünsiyyət proqramı”nın keçirilməsi planlaşdırılır:
Proqram 2025-ci il noyabr ayından başlayaraq Ankara şəhərində 8 ay müddətində keçiriləcək.İştirakçılar üçün aylıq ödəniş nəzərdə tutulmuşdur.Proqramı uğurla bitirən iştirakçılar sertifikatla təmin olunacaqdır.
Kimlər iştirak edə bilər?
Elm və Təhsil Nazirliyinin Aparatı, Nazirliyin yanında dövlət agentlikləri və onların yerli bölmələrində çalışan ən az 3 il iş təcrübəsinə malik dövlət qulluqçuları (magistr/doktorantura dərəcəsinin olması üstünlükdür);ingilis dili biliyi yaxşı səviyyədə olan;daha əvvəl Türkiyə Respublikasında keçirilən təqaüd proqramlarında iştirak etməyən;yaş həddi: 40 yaşınadək əməkdaşlar.
Namizədlərə müraciət nəticələri barədə e-poçt vasitəsilə və müraciət sistemi üzərindən məlumat veriləcək.
Daxili nəqliyyat və tibbi sığorta xərcləri, gündəlik xərclər və viza (iştirakçılar öz tranzit vizalarına görə məsuliyyət daşıyırlar) xərcləri istisna olunmaqla, beynəlxalq uçuş xərcləri, seçilmiş namizədin yaşayış, təlim xərcləri Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Baş İdarəsi (YTB) tərəfindən qarşılanır.
Qeyd olunan tələblərə uyğun gələn və təlimlərdə iştirak etmək istəyən əməkdaşlardan 02 sentyabr 2025-ci il tarixinədək linkdən https://katip.ytb.gov.tr/ keçid etmələri və qeydiyyatın təsdiqi üçün https://forms.gle/pH3ovLHWE1yReitt5 https://forms.gle/pH3ovLHWE1yReitt5 formunu doldurmaqla İnsan resursları sektoru əməkdaşı Türkan Cəfərliyə [email protected] Tel: +994 12 599 11 55 məlumat vermələri xahiş olunur.