Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Plenar sessiyada ABŞ və Türkiyədən tanınmış alimlər məruzə ilə çıxış ediblər


03 sentyabr 2025-ci il tarixində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” XII Beynəlxalq Elmi Konfransı çərçivəsində Plenar Sessiya – I keçirilib. Sessiya Riyaziyyat və Mexanika İnstitutunun Akt Zalında baş tutub.

Sessiyaya professor Misir Mərdanov və akademik Yusif Məmmədov sədrlik ediblər.

Plenar məruzələrlə çıxış edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Dakota Universitetinin professoru Azər Əhmədov “1-çoxobrazlıların difeomorfizm qruplarının diskret altqrupları” mövzusunda təqdimatla çıxış edib. Məruzədə difeomorfizm qruplarının strukturu və bu qrupların altqruplarının diskretliyi ilə bağlı nəzəri nəticələr və onların tətbiqləri müzakirə olunub.

Daha sonra professor Əli Mustafazadə (Koç Universiteti, İstanbul, Türkiyə) “Səpilmə nəzəriyyəsində bəzi son inkişaflar: Fundamental çevirmə matrisi, yayılan dalğa aproksimasiyası  və Born aproksimasiyasının dəqiqliyi” mövzusunda məruzə ilə çıxış edib. Alim səpilmə nəzəriyyəsində yeni yanaşmalar və nəzəri modellərin praktiki tətbiq imkanlarından bəhs edib.

Plenar sessiyada səsləndirilən məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb və müzakirələrə yol açıb.

Sessiyanın sonunda məruzəçilərə iştiraklarına görə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər