05/09/2025
5 sentyabr 2025-ci il tarixində keçirilən Plenar Sessiya mühüm elmi çıxışlarla yadda qalıb. Sessiyaya professorlar Ali Mustafazadə və Vüqar İsmayılov sədrlik ediblər.
Plenar sessiyada Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki Maksat Kalimoldaev “İnformation system for optimal control of complex power systems”,Türkiyənin Koç Universitetinin professoru Varga Kalantarov “Navier – Stokes – Voigt equations: existence and estimates of dimensions of global attractors” mövzusunda məruzələrlə ilə çıxış etdilər.
Plenar sessiya alim və tədqiqatçıların böyük marağına səbəb olub və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.
Sonda məruzəçilərə hədiyyə və sertifikatlar təqdim olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.