Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və mexanika sahəsində mühüm məruzələr dinlənildi


5 sentyabr 2025-ci il tarixində keçirilən plenar sessiya çərçivəsində riyaziyyat və mexanika sahəsində mühüm elmi məruzələr təqdim olundu, eləcə də əhəmiyyətli müzakirələr aparıldı. Sessiyaya professorlar Yalçın Əfəndiyev və Türkər Özsarı sədrlik edirdilər.

Plenar sessiyada Riyaziyyat və Mexanika İnstitutunun professoru Vüqar İsmayılov “Uniform approximation  by a sum of two algebras”, Litvadan dəvət olunmuş alim Konstatinas Pileckas “Regularity Criterion for 3D  navier-stokes equations in terms of the behavior of kinetic energy”, professor Heybətqulu Mustafayev “Mean Ergodic Theorems for Measures  on Locally Compact Ggoups ” mövzusunda məruzələri ilə çıxış etdilər.

Sessiya sual-cavab mərhələsi və fəal elmi müzakirələrlə yadda qaldı və uğurla başa çatdı.

Sonda məruzəçilərə hədiyyə və sertifikatlar təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər