15/09/2025
17 sentyabr 2025-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyyat və Mexanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirin qonağı 2020-ci il Vətən müharibəsi iştirakçısı, Həsənov Sənan Kamil oğlu olacaq.
Həsənov Sənan Kamil oğlu 1990-cı ildə Qubadlıda anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə məcburi köçkün düşüb. 2008–2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda təhsil alıb, 2012–2013-cü illərdə hərbi xidmətdə olub. 2016-cı ildən Müdafiə Nazirliyində xidmət edib, 2018-ci ildə leytenant rütbəsi alıb.
2020-ci il Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənddə döyüşüb, Cəbrayılda ağır yaralanaraq 2-ci qrup əlil olub. “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Hazırda Qubadlı RİH-də şöbə müdiri vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.