26/09/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT-nin Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən tədbirdə iştirak ediblər” başlıqlı icmal təqdim edilib.
Bugünkü buraxılışın ilk səhifələrində “Böyük zəfərə aparan yolun 5 ili” rubrikalı 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir, 3-cü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı və Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfransa dair yazılar geniş şəkildə işıqlandırılıb.
Bundan əlavə, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda iştirakı və digər tədbirlər haqqında informasiyalar bu nömrədə yer alıb.
Qəzetin bu sayında, AMEA-nın bölmə və müəssisələrində həftə ərzində keçirilən müxtəlif tədbirlər – görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət, “Nizami Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri” mövzusunda Azərbaycan – Gürcüstan I beynəlxalq konfransı, “Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi: Müstəqil və Suveren Azərbaycan” adlı lektoriya və görkəmli bəstəkar, pedaqoq və publisist Üzeyir Hacıbəylinin 140 illiyi və “Milli Musiqi Günü” münasibətilə tədbirlə bağlı yazılar və yeni nəşrlər təqdim edilib.
Bugünkü sayda “Dövlət və xalqın vəhdəti: 27 Sentyabr” və “Azərbaycanın cənub-şərqində unikal arxeoloji tapıntıları aşkar edilib” adlı məqalələr dərc olunub.
Qəzetin rus və ingilis dili bölmələrində Azərbaycan alimlərinin Dubnada, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda fəaliyyətindən bəhs edən məqalə, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahovla müsahibə və Akademiyanın ötən həftə elmi-təşkilati fəliyyətinə dair informasiyalar dərc edilib.