Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


08.10.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Topoloji gruplarda verilmiş ölçülər ardıcıllığının yığılması haqqında bəzi nəticələr” mövzusunda məruzə edəcəkdir.

Seminarda  lokal kompakt qruplar üzərində təyin edilmiş ölçülərin iterasiyalarının asimptotik xassələrindən bəhs edilecəkdir. Məruzədə həmçinin bu sahədə aparılmış tədqiqatların tarixi aspektlərinə toxunulacaq, müxtəlif dövrlərdə fərqli riyaziyyatçılar tərəfindən ölçülərin ergodik xüsusiyyətləri ilə bağlı əldə olunmuş əsas nəticələr təqdim olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər