08/10/2025
08 oktyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Topoloji qruplarda verilmiş ölçülər ardıcıllığının yığılması haqqında bəzi nəticələr” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə lokal kompakt qruplar üzərində təyin edilmiş ölçülərin iterasiyalarının asimptotik xassələri geniş şəkildə şərh olunub. Alim, bu ölçülərin ergodik xüsusiyyətləri və onların yığılması ilə bağlı mühüm nəticələrə toxunaraq, bu sahədə aparılmış elmi tədqiqatların tarixi inkişaf mərhələlərinə də nəzər salıb. O, həmçinin müxtəlif dövrlərdə tanınmış riyaziyyatçılar tərəfindən əldə edilmiş nəzəri nəticələr haqqında ətraflı məlumat verib.
Seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, suallar ünvanlayıb və təqdim olunan elmi nəticələrin aktuallığını vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.