15/10/2025
15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasa institutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov sədrlik edib. O, tədbiri açaraq iclasın gündəliyində yer alan məsələlər barədə iştirakçılara məlumat verib.
Gündəlikdə duran ilk məsələ ilə bağlı professor Misir Mərdanov 2024-cü ildə Riyaziyyat və Mexanika İnstitutunun elmi fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən daxil olmuş məktubu iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini r.e.d.,professor Ədalət Axundov 2025-ci il üzrə fəlsəfə doktoru hazırlığı proqramı çərçivəsində doktoranturaya qəbul olunmuş doktorantların elmi rəhbərlərinin və dissertasiya mövzularının təsdiq olunması ilə bağlı məruzə ilə çıxış edib. Məsələ ətrafında Elmi Şura üzvləri tərəfindən müzakirələr aparılıb və açıq səsvermə yolu ilə müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda gündəlikdən irəli gələn digər cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.