Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir


“Universitetlərimiz ildən-ilə daha da inkişaf edir və bu sahədə çox müsbət dinamika müşahidə olunur”.“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O bildirib ki, “Times Higher Education Impact Ranking”də bu il artıq 28 Azərbaycan universiteti təmsil olunur: “Ondan əvvəlki il bu rəqəm cəmi 18 idi. Daha əvvəl isə cəmi 9 universitet bu reytinqdə yer alıb. Bu, son illərdə açıq şəkildə yüksələn dinamikanın göstəricisidir”.

muallim.edu.az

Faydalı linklər