20/10/2025
22.10.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək.Seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi,dosent Elman İbrahimov “Gegenbauer –Orliç fəzalarında Gegenbauer maksimal funksiyasının komutatoru ilə Gegenbauer –Lipşits fəzalarının xarakteristikası” mövzusunda məruzə ilə çıxış edəcək.
Məruzədə Gegenbauer MGb,a kəsr maksimal komutatorunun G-Orliç fəzalarında b G-Lipşits fəzasına daxil olduqda məhdudluğu öyrənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.