Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur” başlıqlı icmal təqdim edilib.

Bugünkü buraxılışın ilk  səhifələrində “AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran vəzifələr” və “Azərbaycan-Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” rubrikalı yazılar geniş işıqlandırılıb.

Bundan əlavə, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 və Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş respublika elmi konfransı, eləcə də “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi” adlı beynəlxalq konfrans haqqında informasiyalar  və digər xəbərlər bu nömrədə yer alıb.

Qəzetin bu sayında, akademik Toğrul Nemət oğlu Şahtaxtinskinin anadan olmasının 100 illiyi münasibətilə “Görkəmli alim, bacarıqlı elm təşkilatçısı” adlı məqalə, “Qarabağda kilsələrin izi ilə” adlı tarixi publisistik məqalə, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevlə türkologiya sahəsində aparılan tədqiqatlardan bəhs edən müsahibə o cümlədən yeni nəşrlərə dair yazılar təqdim edilib.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyanın ötən həftə elmi-təşkilati fəliyyətini əks etdirən informasiyalar, eləcə də elm və təhsildə müsbət meyllərdən bəhs edən “Стабильный гарант процветания” adlı məqalə dərc edilib.

science.gov.az

Faydalı linklər