29/10/2025
30.10.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev “Birinci tərtib stoxastik hiperbolik tənliklərlə təsvir olunan bir optimal idarəetmə məsələsində məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə təsadüfi küyün təsiri altında bir sıra kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi zamanı yaranan birinci tərtib stoxastik hiperbolik tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələsinə baxılır. Pontryagin maksimum prinsipi mənasında məxsusi idarələrin optimal olmasının araşdırılması və məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər şərh olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.