05/11/2025
05.11.2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi-fizika tənlikəri” şöbəsinin baş elmi işmisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov”Elliptik və parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında” məruzə ilə çıxış etdi.
Məruzədə Harnak bərabərsizliyi üzrə müxtəlif tənliklərdən qısa icmal verildi. Sonda formal qoşma tənlik (ikiqat divergent) üçün öz işimizdən və onun ətrafındakı nəticələrdən bəhs edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.