10/11/2025
12.11.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi-fizika tənlikəri” şöbəsinin baş elmi işmisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov”Elliptik və parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında” məruzə ilə çıxış edəcək.
Məruzədə Harnak bərabərsizliyi üzrə müxtəlif tənliklərdən qısa icmal veriləcək. Sonda formal qoşma tənlik (ikiqat divergent) üçün öz işimizdən və onun ətrafındakı nəticələrdən bəhs ediləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.