Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


27.11.2025-ci il tarixində saat 11:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun  “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Qeyri-lokal sərhəd şərtli parabolik tənlik üçün optimal idarəetmə məsələsi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə qeyri-lokal sərhəd şərtli dayanıqsız parabolik tənlik üçün optimal idarəetmə məsələsinə baxılacaq, optimal cütün varlığı teoreminin isbatı, optimallıq üçün inteqral bərabərsizlik şəklində zəruri şərtin alınması şərh olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər