01/12/2025
03.12.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi,f.r.e.d..professor Aqil Xanməmmədov “Nöqtəvi potensialı olan birölçülü Şredinger tənliyinin Yost həlləri”mövzusunda məruzə ilə çıxış edəcək.
Məruzədə əlavə potensialı Dirakın delta funksiyası olan birölçülü Şredinger tənliyinə baxılır. Çevirmə operatorlarının köməyilə bu tənliyin Yost tipli həllərinin inteqral göstərişləri tapılır.Eyni zamanda oblast daxilində kəsilmə şərtləri olan ikinci tərtib hiberbolik tənlik üçün Qursa tipli məsələnin həllinin göstərilişi tapılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.