01/12/2025
Dekabrın 3-də “Akademik tədqiqatların süni intellektlə transformasiyası” mövzusunda vebinar keçiriləcək. Vebinarda akademik araşdırma və elmi məqalə hazırlığı proseslərinin süni intellekt əsaslı alətlər vasitəsilə yenidən formalaşdırılması müzakirə olunacaq.
Sessiya çərçivəsində məzmunun inkişafı, akademik üslubun təkmilləşdirilməsi, istinadların idarə edilməsi, orijinallıq analizi və süni intellektdən etik istifadə kimi tədqiqat fəaliyyətinin kritik mərhələlərində tətbiq olunan yeni nəsil həllərin tədqiqatçılara təqdim etdiyi üstünlüklər araşdırılacaq.
Bununla yanaşı, süni intellekt yazı asistentlərinin tədqiqatçıların məhsuldarlığının artırılmasında, keyfiyyət standartlarının qorunmasında və etik öhdəliklərin təmin olunmasında rolu təqdim ediləcək.