03/12/2025
03 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.r.e.d., professor Aqil Xanməmmədov “Nöqtəvi potensialı olan birölçülü Şredinger tənliyinin Yost həlləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə əlavə potensialı Dirakın delta funksiyası olan birölçülü Şredinger tənliyinə baxılıb. Çevirmə operatorlarının köməyi ilə tənliyin Yost tipli həllərinin inteqral göstərişləri əldə olunub. Həmçinin oblast daxilində kəsilmə şərtləri olan ikinci tərtib hiberbolik tənlik üçün Qursa tipli məsələnin həllinin göstərişi təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.