Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


10 dekabr 2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə maarifləndirici tədbir keçiriləcək.

Tədbir, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 25.11.2025-ci il tarixli, 3-2968/2-2677/25 nömrəli məktubuna əsasən, gənclər arasında ailə dəyərlərinin və sağlam həyat tərzinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi, erkən nikah və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların mənfi fəsadlarının izahı məqsədi ilə təşkil olunur.

Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə münasibətləri” şöbəsinin müdir müavini Tamella Əliyeva və baş məsləhətçi Tural Hüseynzadə iştirak edəcəklər. Tədbir institutun akt zalında keçiriləcək.

Əməkdaşların iştirakı mütləqdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər