Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda2025-ci ilin Elmi-Tədqiqat İşləri Planı müzakirə olunub


15 yanvar 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 2025-ci ildə keçirilən ilk iclası baş tutub. İclası institutun baş direktoru,AMEA-nın müxbir üzvü.professor Misir Məmmədov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib və şura üzvlərini iclasın proqramı ilə tanış edib. O, cari ilin elmi fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin institutun gələcək tədqiqat strategiyası üçün mühüm əhəmiyyət daşıdığını xüsusilə vurğulayıb.

Gündəliyə uyğun olaraq 2025-ci ilin elmi-tədqiqat işləri Planı geniş müzakirə edilib, mövzular üzrə şöbə rəhbərlərinin təqdimatları dinlənilib. Müzakirələrdən sonra elmi-tədqiqat mövzuları Elmi Şura tərəfindən təsdiq edilib.

2025-ci il üzrə təsdiqlənmiş elmi-tədqiqat mövzuları:

1.Harmonik analizin müasir problemləri.

2.Banax funksional fəzalarda approksimasiya və freym nəzəriyyələrinin sualları.

3.Simmetrik fəzalarda diferensial operatorların spektral xassələri və elliptik tənliklərin nöterliyinə tətbiqləri.

4.Diferensial operatorların spektral analizi.

5.Cəbr və riyazi məntiqin üsullarının tətbiqi.

6.Azərbaycan alimlərinin riyaziyyat və məntiq elmlərinə dair əsərlərinin tədqiqi.

7.Çoxdəyişənli funksiyaların ridge funksiyalar, neyron şəbəkələr, xətti və qeyri-xətti superpozisiyalarla yaxınlaşması; funksional fəzalar üçün daxilolma teoremləri.

8.Müxtəlif tip diferensial tənliklər üçün sərhəd-başlanğıc məsələlərinin keyfiyyət xassələri və tətbiqləri.

9.Xüsusi törəməli diferensial tənliklərlə ifadə olunan proseslərin keyfiyyət xüsusiyyətlərinin araşdırılması.

10.Müxtəlif sistemlərlə təsvir olunan optimal idarəetmə məsələləri.

11.Deformasiya olunan cisimlərin dağılmasının riyazi modelləşdirilməsi.

12.Qeyri-bircins cisimlərin və tor konstruksiyalarının dinamikası.

13.Qeyri-bircins konstruksiya elementlərinin deformasiyası, dayanıqlığı və kompozit materialların tətbiqi məsələləri.

14.Qazın, mayenin və qaz-maye qarışığının lay-quyu sistemində hərəkətinin modelləşdirilməsi.

15.Heterogen sistemlərin birgə axın və süzülmələrində yaranan qeyri-stasionar, qeyri-tarazlıq proseslərinin nəzəri və tətbiqi əsaslarının işlənməsi.

16.Müasir riyazi metodların müxtəlif identifikasiya məsələlərinə tətbiqləri.

İclasda həmçinin institutun gələcək elmi prioritetləri, şöbələrarası əməkdaşlıq imkanları və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər