17/12/2025
17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib.
Seminarda institutun “Tətbiqi riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi İmaməliyev S.Ə. “Divarı deformasiya edilən boruda maye-qaz qarışığının hərəkət dinamikasının modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə divarı deformasiya edilən boruda maye-qaz qarışığının hərəkət dinamikasını təsvir edən riyazi model qurulub və əldə olunan tənliklərin həlli təqdim olunub. Qarışığın təzyiq sahəsini, kütlə sərfini və hər bir fazanın konsentrasiyasını borunun girişində və çıxışında təzyiqin istənilən qanunla dəyişməsi halında müəyyən etməyə imkan verən analitik ifadələr əldə edilib. Həmçinin sistemi xarakterizə edən parametrlərin praktik qiymətləri üçün ədədi hesablamalar aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.