Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında növbəti nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb, bir sıra tədbirlərdə iştirak edib” başlıqlı informasiya yer alıb.

Bugünkü buraxılışın ilk səhifələrində Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə AMEA-nın kollektivinin Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarəti və AMEA Rəyasət Heyətinin iclaslarına dair geniş yazılar təqdim edilib.

Bu sayda Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ildəki elmi fəaliyyətinə dair hesabat, görkəmli türkoloq-alim, professor Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilən tədbir, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin IV Sənaye İnqilabı şəraitində yeni nəsil mühəndis kadrların hazırlanması zərurəti mövzusunda açıqlaması, Şərqşünaslıq İnstitutu və Türkiyənin Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında anlaşma protokolunun imzalanması, eləcə də AMEA-nın elmi bölmələrinin ötən həftə ərzində elmi-təşkilati fəaliyyətinə dair xəbərlər işıqlandırılıb.

“Elm” qəzetinin bu nömrəsində akademik İsa Həbibbəylinin görkəmli türkmən ədəbiyyatşünası Annaqurban Aşirovun vəfatı ilə əlaqədar başsağlığı, “Dövlət başçısının çağırışı kontekstində Qarabağnamələrin araşdırılması elmi-mədəni baxımdan aktualdır” başlıqlı müsahibə, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilən “Görkəmli alim, unudulmaz şəxsiyyət” adlı məqalə, beynəlxalq elmi əməkdaşlıq və yeni nəşrlərə dair informasiyalar dərc edilib.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal, o cümlədən rəqəmsal çağda insan ağlı, dəyərlər və süni intellektin fəlsəfi təhlili mövzusunda “Разум и духовность” başlıqlı müsahibə dərc edilib.

science.gov.az

Faydalı linklər