Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi 55-ə çatıb


“Vikipediya” platformasının Azərbaycan dili bölməsində əhəmiyyətli və səmərəli dəyişikliklər baş verməkdədir. Azərbaycan dili bölməsi bu gün öz zənginliyi ilə seçilir və artıq məqalələrin sayı 210 mini keçib. Redaktələrin sayı isə 8.4 milyona çatıb. Keçən ayın statistik məlumatlarına əsasən, “Vikipediya”nın Azərbaycan dili bölməsində aylıq yuvarlaq 8 milyon 780 min baxış, günlük yuvarlaq ortalama isə 293 min olub.

Azərbaycan “Vikipediya” İcmasının səmərəli fəaliyyəti nəticəsində “Vikipediya”da dərinlik (keyfiyyət) göstəricisi 54-dən 55-ə yüksəlib. Nəticə etibarilə demək olar ki, “Vikipediya”nın Azərbaycan dili bölməsi hər ötən gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. İldə milyonlarla insan Azərbaycan “Vikipediya”sına müraciət edir və istədiyi məlumatları əldə etməyə çalışır.

Qeyd edək ki, bir neçə ildir AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Həmçinin akademik, etibarlı mənbələrə söykənən məzmunlu məqalələrin yaradılmasını sürətləndirməkdir.

Son bir neçə ildə isə AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxananın təcrübəli təlimçiləri tərəfindən  “Vikipediya” təlimləri təşkil edilir.

science.gov.az

Faydalı linklər