Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin 2025-ci ildə sonuncu nömrəsi işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2025-ci ildə sonuncu nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  yer alıb.

Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “İlham Əliyev missiyası” məqaləsi təqdim edilib.

Bu sayda Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan elmi sessiya, “Qarabağ florası” kitabı, AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin yeni nəşrlərinin təqdimat mərasimləri haqqında yazılar, eləcə də gənc tədqiqatçıların məqalə müsabiqəsindən bəhs edən “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” başlıqlı informasiya dərc edilib.

“Elm” qəzetinin bu nömrəsində, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin AzTU-nun 75 illiyinə həsr olunmuş tədbirdə “Rəqəmsal transformasiyalar və süni intellektin inkişafı yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasını zəruri edir” mövzulu çıxışı, AMEA-nın akademik-katibi akademik Arif Həşimovla müsahibə, “Azərbaycan və Türk ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans, “Akademiyanın Zəfər dərsləri” başlıqlı məqalə və digər informasiyalar işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal, informasiyalar, o cümlədən “Ильхам Алиев – автор наших побед” başlıqlı məqalə dərc edilib.

science.gov.az

Faydalı linklər