Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alim nüfuzlu “Journal of Function Spaces” jurnalında redaktorluq fəaliyyətinə görə təltif olundu


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, professor Rövşən Əlifağa oğlu Bəndəliyev Almaniyanın nüfuzlu Wiley nəşriyyatı tərəfindən Wiley Editor sertifikatı ilə təltif edilmişdir.

Sertifikat professor R.Ə. Bəndəliyevin beynəlxalq səviyyədə tanınan və elmmetrik bazalarda indeksləşmiş “Journal of Function Spaces” elmi jurnalında redaktorluq fəaliyyəti ilə bağlı verilmişdir. Qeyd edək ki, jurnal Web of Science (Q1 kvartil)Scopus (Q2 kvartil) bazalarında indeksləşir və funksional analiz sahəsində aparıcı elmi nəşrlərdən biri hesab olunur.

Bu mükafat Rövşən Bəndəliyevin jurnalın redaksiya heyətinin üzvü kimi göstərdiyi səmərəli fəaliyyətə, elmi məqalələrin keyfiyyətinin yüksəldilməsinə verdiyi töhfələrə və yüksək peşəkarlığına görə təqdim edilmişdir.

Professor R.Ə. Bəndəliyevin beynəlxalq elmi nəşrlərdə fəal iştirakı Azərbaycan elminin dünya miqyasında tanınmasına və nüfuzunun artmasına mühüm töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər