Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarına bayram hədiyyələri təqdim olunub


30 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni İl bayramı münasibətilə institutda çalışan 24 nəfər əməkdaşa bayram hədiyyələri təqdim olunub.

İnstitutun Həmkarlar Təşkilatının sədri, dosent İradə Mirzəzadə bayram hədiyyələrini təqdim edərək institutun kollektivini əlamətdar günlər münasibətilə təbrik edib, onlara əmin-amanlıq, möhkəm cansağlığı və ruzi-bərəkət arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər