Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Süni intellektin ala bilməyəcəyi 3 peşə


“Microsoft”un qurucusu Bill Qeyts proqram, biologiya və enerji sahələri kimi süni intellektin geniş istifadəsinə baxmayaraq, əhəmiyyətini qoruyacaq üç peşəni açıqlayıb. Onun fikrincə, süni intellekt bu 3 peşəni heç vaxt əvəz edə bilməyəcək.

“Azərbaycan müəllimi” webtekno.com saytına istinadən xəbər verir ki, ümumiyyətlə, süni intellekt həyatımızın hər sahəsinə sürətlə inteqrasiya etdikcə, bir çox insanlar “işim necə olacaq?” sualını verirlər. Bill Qeyts də bu mövzuda diqqətçəkən açıqlamalar verərək bəzi insanların narahatlıqlarına son qoyub. Qeytsə görə, süni intellekt zamanla bir çox işi ələ keçirəcək, lakin bəzi peşələr hələlik bu dəyişiklikdən təsirlənməyəcək. Qeytsin fikrincə, bu “şanslı üçlük” proqram tərtibatçıları, bioloqlar və enerji mütəxəssisləri süni intellektin heç vaxt əvəz edə bilməyəcəyi peşələrdir. Bill Qeyts qeyd edib ki, proqram tərtibatçıları, bioloqlar və enerji mütəxəssisləri süni intellektin geniş yayılmasına baxmayaraq, uzun müddətdə öz əhəmiyyətlərini qoruyacaqlar.

Bu sahələrin hələ də insan təcrübəsi və müdaxiləsi tələb etdiyini bildirən “Microsoft”un qurucusu süni intellektin təkrarlanan işlərdə daha təsirli olduğunu söyləyib. Bununla belə, o vurğulayıb ki, mürəkkəb təhlil, texniki bilik və yaradıcılıq tələb edən işlərdə insan gücünü əvəz etmək olmaz. Qeyts qeyd edib ki, süni intellekt proqram təminatının hazırlanmasında köməkçi rol oynaya bilər, lakin proses hələ də insan nəzarətini tələb edir. Bildirilib ki, kodlaşdırma xətalarının aradan qaldırılması, alqoritmlərin işlənib hazırlanması və süni intellektin özünün strukturunun təkmilləşdirilməsi kimi kritik tapşırıqlar proqram təminatı tərtibatçıları tərəfindən həyata keçirilməlidir. Bəzi sektorlarda avtomatlaşdırmanın çox yüksək səviyyələrə çata biləcəyi proqnozlaşdırılır.

Araşdırma həmçinin bank işlərinin 54 faizinin süni intellekt tərəfindən yerinə yetirilə biləcəyini ortaya qoyub. Ancaq bu transformasiyanın nə dərəcədə həyata keçiriləcəyi süni intellektin gətirdiyi məxfilik və təhlükəsizlik məsələlərinin necə həll olunacağından asılı olacaq. Qeyts gələcəkdə bir çox peşənin süni intellekt tərəfindən dəyişdiriləcəyini bildirib.O, proqram təminatının inkişafı, biologiya və enerji kimi müəyyən sahələrdə insan töhfəsinin hələ də vacib olduğunu vurğulayıb.

muallim.edu.az

Faydalı linklər