Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

EATDA ilə QS arasında görüş keçirilib


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyinin təsisçisi və prezidenti Nuntsio Kvakvarelli ilə görüşüb.

Görüş zamanı Azərbaycanla QS arasında əməkdaşlığın cari vəziyyəti təhlil olunub, birgə fəaliyyətlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib.

Eyni zamanda, Azərbaycanda elm və ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində QS agentliyinin təklifləri və bu istiqamətdə potensial layihələr müzakirə olunub.

Görüşdə həmçinin, 2027-ci ildə QS ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq sammit ətrafında fikir mübadiləsi aparılıb.

eatda.edu.az

Faydalı linklər