Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yanvar ayında sonuncu nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Ədalətli sülhün qüdrətli lideri – Prezident İlham Əliyev” başlıqlı məqalə  yer alır.

Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın İctimai, Kimya, Fizika-Riyaziyyat və Texnika elmləri bölmələrinin, eləcə də Gəncə Bölməsi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin illik hesabatları dərc edilib.

“Elm” qəzetinin bu nömrəsində, AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbir, Akademiyanın Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında yeni alınmış avadanlıqların təqdimat mərasimi və AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin müasir dövrdə ölkəmizdə proqram mühəndisliyi sahəsində mövcud problemlər, əldə olunan nailiyyətlər, yeni çağırışlar və qarşıda duran vəzifələrlə bağlı Azərtac-a açıqlaması yer alır.

Bu sayda akademik İradə Hüseynovanın biologiya elminin müasir mərhələsində süni intellekt texnologiyalarının rolundan bəhs edən açıqlaması, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov və AMEA Rəyasət Heyətinin Aparatının Xarici əlaqələr və Beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynovanın Türkiyənin Rizə şəhərində keçirilmiş İkinci Beynəlxalq Ayder Enerji Forumunda iştirakları haqında informasiya, “Azərbaycan dilinin saflığının qorunmasında folklor resursları böyük potensiala malikdir” və “Naxçıvanın dövri mətbuat mənzərəsi” sərlövhəli məqalələr, həmçinin digər xəbərlər işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində “Вклад в науку через Open Access” başlıqlı məqalə, eləc də Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

science.gov.az

Faydalı linklər