Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və təhsil naziri BƏƏ-nin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb


Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüşüb.

Görüş çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər daxil olmaqla, iki ölkə arasında elm və ali təhsil sahələrində əməkdaşlıq üzrə ətraflı müzakirələr aparılıb.

edu.gov.az

Faydalı linklər