Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında ilk nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub” başlıqlı icmal yer alır.

Bugünkü buraxılışın ilk səhifələrində “Ölkə Prezidentinin sərəncamları əsasında AMEA-da silsilə tədbirlər keçirilir” rubrikalı informasiya, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhanla görüşü barədə xəbər və “2025-ci ildə AMEA əməkdaşlarının nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda məqalələrinin sayı artıb” başlıqlı yazı dərc edilib.

“Elm” qəzetinin bu nömrəsində “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda tədbir, Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya və özbək şairi Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr edilən “Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfransla bağlı informasiyalar yer alır.

Bu sayda “Alim adının və şəxsiyyətinin ucalığı”, “I Türkoloji Bakı Qurultayı və orfoqrafiya məsələsi”, “Dünya elmində inqilab edən dahi azərbaycanlı”, “Şəxs adları” və “Elm adamının portretindən cizgilər” sərlövhəli məqalələr, həmçinin digər xəbərlər işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

science.gov.az

Faydalı linklər