Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında növbəti nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib” başlıqlı icmal  yer alır.

Bugünkü buraxılışın ilk səhifələrində Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan konfrans, “Türk xalqlarının inteqrasiyasında Birinci Türkoloji Qurultayın rolu” mövzusunda respublika elmi konfransı və “Korporativ elektron kitabxana sistemlərinin nəzəri əsasları” adlı yeni kitabın təqdimat mərasimi barədə informasiyalar dərc edilib.

“Elm” qəzetinin bu nömrəsində, “Rəqəmsal Novruz tonqalı”nın yaradılmasının konseptual və texnoloji əsaslarının müzakirəsi, “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə “Tarix və müasirlik” mövzusunda keçirilən elmi konfrans”la bağlı yazılar və “Xocalıda arxeoloji tədqiqatların yeni ünvanı: Xocalı tarixi-arxeoloji kompleksi” başlıqlı məqalə yer alır.

Bu sayda “Tarixin qaynağı gerçəklər, məramı keçmişə işıq salmaqdır”, “Biologiya elminə həsr olunan şərəfli ömür”, “Qobustanın dünya şöhrətli tədqiqatçısı”, “Əsli və Kərəm” dastanında Qara Keşiş: tarixi reallıqlar prizmasında ruhani statusu və etnik mənsubiyyəti” sərlövhəli məqalələr və Azərbaycan dilinin milli kimlik, dövlətçilik və mənəvi irs baxımından əhəmiyyətini vurğulayan müəllif məqalələri, həmçinin digər xəbərlər işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində “Меньше новых рисков — больше новых технологий” adlı məqalə, Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

science.gov.az

Faydalı linklər