Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Emin Əmrullayev ICESCO-nun Baş qərargahına səfər edib


Fevralın 17-də elm və təhsil naziri Emin Əmrullayev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin dəvəti ilə ICESCO-nun Rabat şəhərində yerləşən Baş qərargahında səfərdə olub.

Nazir təşkilatın Baş qərargahı ilə tanış olub, daha sonra ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

edu.gov.az

Faydalı linklər