Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi


04.03.2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut seminarı keçirildi.

Seminarı Riyaziyyat İnstitutu PHŞ-nin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini, t.e.d. Elxan Səbziyev  açaraq iştirakçıları salamladı və seminarın mövzusunun aktuallığını vurğuladı. Eyni zamanda, belə elmi seminarların mütəmadi keçirilməsinin institutda elmi mühitin daha da güclənməsinə, tədqiqatçılar arasında əməkdaşlığın genişlənməsinə və əldə olunan nəticələrin müzakirəsi yolu ilə elmin inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırdı.

Daha sonra seminarda b.e.i., PhD Vüqar Həşimov “Yaddaşa malik əks-əlaqəli qeyri-xətti dinamik obyektin optimal idarə edilməsi mövsusunda məruzə ilə  çıxış edib.

Məruzə vəziyyəti adi qeyri-xətti diferensial tənliklər sistemi ilə təsvir olunan obyektin optimal idarəetməsinin sintezi məsələsinə həsr olunub. Təqdim olunan yanaşmada sintez edilən idarəetmənin yalnız obyektin cari vəziyyətindən deyil, həm də əvvəlki zaman anlarındakı vəziyyətlərindən asılı olması nəzərdə tutulur. Əks-əlaqə üçün sintez olunan idarəetmənin qeyd olunan vəziyyətlərdən xətti asılılıq düsturu təklif edilib.

Tədqiqat çərçivəsində əks-əlaqə parametrləri fəzasında məqsəd funksionalının qradiyent komponentləri üçün analitik düsturlar əldə olunub. Əks-əlaqə parametrləri fəzasında məqsəd funksionalının qradiyentinin komponentləri üçün düsturlar alınmışdır. Seminar zamanı kompüter eksperimentlərinin nəticələri və onların müqayisəli təhlili də iştirakçılara təqdim edilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər