Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ümuminstitut seminarda Dirak operatorunun spektral xüsusiyyətləri müzakirə edildi


01.04.2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda İntelektual informasiya – ölçmə sistemləri laboratoriyasının baş elmi işçisi, f.r.e.d., professor Vəli Qurbanov “Birölçülü Dirak operatorunun məxsusi funksiyaları üzrə spektral ayrılışlarının yığılması” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzə birölçülü cəmlənən əmsallı Dirak operatorunun məxsusi funksiyalar üzrə Hpa  sinfindən olan funksiyaların spektral ayrılışı ilə triqonometrik ayrılışının birgə yığılma sürətinin qiymətləndirilməsinə, Wp1  siniflərindən olan funksiyaların spektral ayrılışlarının mütləq və müntəzəm yığılmasına və müntəzəm yığılma sürətinin qiymətləndirilməsinə həsr olunub.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və suallar cavablandırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər