“Diferensial tənliklər” laboratoriyasını növbəti seminarı keçirildi
08.04.2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun “Diferensial tənliklər” laboratoriyasının növbəti seminarı keçirildi. Seminarda Azərbaycan Universitetinin “İnformasiya- kommunikasiya texnologiyaları ” fakültəsinin dekanı, dissertant Paşayev Asif Fərman oğlu “Qeyri-xətti psevdohiperbolik tənliklər sisteminin qlobal həllərinin mövcudluğu” mövzusunda məruzə ilə çıxış etdi.
Seminarda Qalyorkin metodunun köməyi ilə əvvəlcə lokal həllin, sonra da qlobal həllin Banax qiymətli funksiyalar fəzasında varlığı və yeganəliyi məsələsinə baxılmışdır. Kiçik başlanğıc şərtlər üçün yarım-xətti sisteminin həllinin varlığı müzakirə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.