AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda ”Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyev ”İstilikkeçirmə tənliyinin fundamental həllinin xüsusi oblastlarda ikitərəfli qiymətləndirilməsi və onun tətbiqləri” mövzusunda məruzə edib.
Məruzədə fundamental həllin qeyri-klassik silindrlərdə və trapezoidlərdə polyus nöqtəsindəki qiyməti ilə müntəzəm qiymətləndirilməsi haqqında nəticələrdən danışılıb və alınmış nəticələrin həllərin keyfiyyət xassələrinin tədqiqinə tətbiqi göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.