08/01/2019
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, şura üzvlərini AMEA-nın 23 noyabr 2018-ci il tarixli 733 nömrəli “İş vaxtının uçotunun aparılmasının təmin edilməsi” haqqında Sərəncamı və AMEA Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli 17/3 nömrəli “AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi” haqqında Qərarı ilə tanış edib.
Sonra Riyaziyyat və Mexanika İnstitutundan “Gənc alimlər üçün elmi tədqiqat layihələrinin respublika müsabiqəsinə” beş gənc alimin və elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyətinin mükafatına “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Əbdürrəhim Quliyevin namizədliyinin irəli sürülməsi məsələləri müzakirə olunub.
İclasda “Təhsil” şöbəsinin müdiri, professor Ədalət Axundov 2018/2019-cu il tədris ili üçün Riyaziyyat və Mexanika İnstitutunun doktorantura (fəlsəfə doktoru hazırlığı üzrə) və dissertantura (elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə) pilləsinə qəbul edilmiş sənədlər haqqında məlumat verib.
Sonda institutun Həmkarlar İttifaqının sədri, dos. İradə Mirzəzadə AMEA-nın Kadrlar şöbəsi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən 20 dekabr 2018-ci il tarixində keçirilən iclasın qərarı haqqında şura üzvlərini məlumatlandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.