14/01/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutu aşağıda qeyd olunan vəzifələri tutmaq üçün müsabiqə elan edir:
“Riyazi fizika tənlikləri” şöbəsi üzrə
Aparıcı elmi işçi -1 ştat vahidi
“Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə
Şöbə müdiri -1 ştat vahidi
“Funksional analiz” şöbəsi üzrə
Şöbə müdiri -1 ştat vahidi
Aparıcı elmi işçi -1 ştat vahidi
“Tətbiqi riyaziyyat” şöbəsi üzrə
Şöbə müdiri -1 ştat vahidi
“Qeyri-harmonik analiz” şöbəsi üzrə
Aparıcı elmi işçi -2 ştat vahidi
“Cəbr və riyazi məntiq” şöbəsi üzrə
Şöbə müdiri -1 ştat vahidi
“Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsi üzrə
Şöbə müdiri -1 ştat vahidi
Aparıcı elmi işçi -1 ştat vahidi
“Diferensial tənliklər” şöbəsi üzrə
Baş elmi işçi -1 ştat vahidi
“Optimal idarəetmə” şöbəsi üzrə
Baş elmi işçi -1 ştat vahidi
“Sürüncəklik nəzəriyyəsi” şöbəsi üzrə
Aparıcı elmi işçi -1 ştat vahidi
Müsabiqədə riyaziyyat üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, “Elm” qəzetində dərc olunmuş Elana əsasən 14 dekabr 2018-ci il tarixindən bir ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:
AMEA Riyaziyyat və Mexanika İnstitutu, AZ 1141 Bakı şəhəri, B.Vahabzadə, 9. V mərtəbə, 510-cu otaq, Pərvanə Məsdan qızı Nəcəfova. [email protected]
Telefon: 539-91-92.
Müsabiqənin keçirilməsi üçün işçi qrupu yaradılıb:
1. Elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, prof. Vaqif Quliyev
2. Elmi katib f-r.e.n., dos. Tamilla Həsənova
3. Kadrlar şöbəsinin rəisi Səbinə Salmanova
4. f-r.e.d., prof. Cəfər Ağalarov
5. AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov
6. f-r.e.d., prof. Ədalət Axundov
7. HİK sədri t.ü.f.d., dos. İradə Mirzəzadə
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.